Türkiyədə dolların məzənnəsi 4,5848 lirəyə yüksələrək yeni rekorda çatıb
"Kommersant.az" xəbər verir ki, avro və funt sterlinqin də məzənnəsi rekord səviyyəyə çatıb.
Ötən həftəni 4,49 səviyyəsində başa vuran dollar/lirə yeni həftəyə rekordla başlayıb. Dollar ABŞ və Çin arasında ticarət müharibəsinin başa çatmasından sonra yüksəlməyə başlayıb.
Avro/lirə məzənnəsi 5,3912 səviyyəsinə çataraq tarixi rekorduna yüksəlib. Funt sterlinq/lirə məzənnəsi isə 6,1547 olub.