USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 53-cü illik toplantısı ləğv olunub

14.07.2020 İqtisadiyyat
0 0
Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının sentyabrda Cənubi Koreyanın İnçon şəhərində keçirilməsi nəzərdə tutulan 53-cü illik toplantısı COVID-19 böhranı ilə əlaqədar ləğv olunub.

Bu barədə Cənubi Koreya hökuməti açıqlama yayıb. Cənubi Koreya AİB-in Rəhbərlər Şurasının illik toplantısına ev sahibliyi etmək hüququnu 2023-cü ildə reallaşdıracaq. Məlumatı, Azərtac-ın xüsusi müxbiri məlumat yayıb. Builki toplantının əvəzinə isə telekonfrans formatında iclas keçiriləcək.

Cənubi Koreya Maliyyə Nazirliyinin rəsmisi Huh Çanq deyib ki, illik toplantının ləğv olunmasına səbəb yerli və xarici iştirakçıların sağlamlığının prioritet hesab olunmasıdır.

Qeyd edək ki, bankın Rəhbərlər Şurasının 53-cü illik toplantısı cədvəl üzrə mayda keçirilməli idi. Amma koronavirus pandemiyası səbəbindən tədbirin vaxtı sentyabra dəyişdirilmişdi. Hazırda virusun dünyada sürətlə yayıldığı bir şəraitdə toplantının keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Bundan əvvəl oxşar vəziyyət 2003-cü ildə müşahidə olunmuşdu. Həmin il Türkiyədə keçirilməli olan illik toplantı İraqdakı müharibə səbəbindən ləğv edilərək 2005-ci ildə təşkil olunmuşdu.

Bankın Rəhbərlər Şurasının 2015-ci ildəki toplantısı Bakıda keçirilib.

  • Əvvəlki

    Çin “vəd etdiyi” sanksiyaları ABŞ rəsmilərinə tətbiq etməyə başlayıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0