USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2050-ci ilin iqtisadiyyat nəhəngləri açıqlandı - ABŞ GERİLƏYƏCƏK

19.06.2018 İqtisadiyyat
0 0
PriceWaterhouseCoopers (PWC) ötən gün 2050-ci ildə dünya ölkələri arasında iqtisadiyyatı daha çox güclənəcək dövlətlərin siyahısını açıqlayıb.

"Kommersant" Avropa mətbuatına istinadən xəbər verir ki, proqnozda maraqlı faktar yer alıb. Belə ki, araşdırmanı ölkələrin satınalma gücünə görə müəyynləşdirən PWC-nin sıralamasında Türkiyə Fransanı ötəcək.

Birincilik, 30 il sonra da Çində olacaq. Hazırki sıralamaya görə üçüncü yerdə olan Hindistan bir pillə irəliləyərək ikinci yerdə qərarlaşacaq. Mövcud vəziyyətdə ikinci yerdə olan olan ABŞ isə üçüncü yerə enəcək. Səkkizinci yerin sahibi İndoneziya irəliləyərək dördüncü yerə yüksələcək. Brazilya altıdan beşə, Rusiya altıya, on birdə olan Meksika yeddiyə, Yaponiya səkkizinci yerə sahib olacaq. Sıralamada növbə ilə Almaniya, Birləşmiş Krallıq və Türkiyə dayanır.

Nərmin Həsənli

  • Əvvəlki

    Azərbaycan və Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi açıqlandı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0