USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın diqqəti “ticarət savaşı”na yönəlib - NƏLƏR GÖZLƏNİLİR?

27.06.2018 İqtisadiyyat
0 0
Dünya bazarı, “ticarət savaşı”nın kəskin səviyyədə olduğu bir vaxtda ABŞ prezidenti Donald Trumpın sözlərinin mövcud vəziyyəti hansı istiqamətdə dəyişəcəyini izləyir.

"Kommersant" xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin rəsmiləri tərəfindən müttəfiq ölkə və şirkətlərin İrandan neft idxalını 4 noyabra kimi sonlandırması istənilmişdi. Bunun ardından Trumpın Amerikanın məşhur motosiklet istehsalçısı "Harley-Davidson"a hədə-qorxu gəlməsi ticarət savaşının hələ uzun müddət bazarın gündəmində qalacağını göstərdi.

Belə ki, Trump amerikan motosiklet istehsalçısının Avropa bazarına yönəlmiş avadanlıqlar istehsal etməməli olduğunu bildirərək "Harley-Davidson"un heç vaxt başqa ölkədə istehsal olunmayacağını kəskin şəkildə ifadə etmişdi. O bildirmişdi ki, əgər şirkət ölkə xaricinə çıxarsa, bu sonun başlanğıcı olar və məşhur şirkətə indiyə qədər görülməmiş vergi qoyula bilər.

Bazarda isə bütün bu hadisələrdən sonra neft qiymətləri dünən 2% yüksəlib, istehlakçıların inam indeksi ötən ay ilə müqayisədə 2,4% azalıb. Bununla belə səhm bazarında müsbət nəticə müşahidə olunub.

"Dow Jones" indeksi 0,12, "S&P 500" indeksi 0,22, "Nasdaq" indeksi isə 0,39% dəyər qazanıb.

Dünən isə Almaniyada "DAX" indeksi 0,29, Fransada "CAC 40" indeksi 0,05 səviyyəsində dəyər itirib. İngiltərədə "FTSE 100" indeksi isə 0,37% yüksəlib.

Ekspertlər Almaniyanın baş naziri Angela Merkelin 28-29 iyunda Brüsseldə keçiriləcək Avropa Birliyi Liderlərinin Zirvə Toplantısında qaçqınlarla bağlı xüsusi bir müqavilə bağlanacağına ümid etmədiyinə dair çıxışından sonra mövzuyla əlaqədar ölkə liderlərindən cavab gözləndiyi bildirilir. Ekspertlərin sözlərinə görə, bütün bu hadisələr həm Avropa, həm də Asiya bazarına sözsüz ki, təsirsiz ötüşməyəcək.

  • Əvvəlki

    İran parlamenti prezidentdən öz iqtisadi komandasını dəyişməsini tələb edib

Digər xəbərlər