“Audi” 11 min avtomobilini bu ölkədən geri çağırır

22.05.2018 Dünya
“Audi”nin Rusiyadakı rəsmi dileri 11 mindən çox avtomobili “era-qlonas” sisteminin iş mexanizmi baş verə biləcək problemlə əlaqədar geri çağırıb

"Kommersant.az" xəbər verir ki, 2017-2018-ci illərdə satılan 11 min 3 “Audi” (A4, A5, Q5, Q7) geri çağırılır. Nəqliyyat vasitələrində şəbəkə keçidi proqramı yenilənəcək.

“Nəqliyyat vasitələrinin geri çağırılmasının səbəbi təcili yardım xidmətlərinə zəng proqramı – “ero-qlanas”da ehtimal edilən problemdir. Əgər qəzadan sonra təcili yardım zəngi edildikdən sonra avtomobildə dəyişiklik olubsa, onun cari vəziyyəti müəyyən edilə bilməz. Bundan başqa həmin andakı təcili zəng kəsilərsə, avtomobilə geri zəng edilə bilməz”, - yayılan məlumatda bildirilib.

“Era-qlonas” Rusiyanın təcili cavab vermə sistemidir. Bu, Avropanın ecall/E112 standartı əsasında yaranıb.