USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada daha bir aviaşirkət müflis olub

01.10.2019 Dünya
0 0
Sloveniyanın "Adria Airways" şirkəti müflis olub.

"Kommersant.az" Report-a istinadla xəbər verir ki, Avropa aviaşirkəti sabahdan lisenziyasının ləğv edilməsi istəyi ilə yerli mülki aviasiya idarəsinə müraciət edib.

Xatırladaq ki, nəzarət qurumu "Adria Airways"ə vəziyyətini normallaşdırmaq üçün vaxt versə də, aviaşirkət bazarı könüllü tərk etməyə üstünlük verib.

Xatırladaq ki, "Adria Airways" 1961-ci ildə yaradılıb və ölkənin ən qədim hava yolu şirkətidir.