"Boeing" şirkəti İrana təyyarə satışından imtina edib
07.06.2018
İqtisadiyyat
0
0
"Boeing" korporasiyası sanksiyalar səbəbindən İrana təyyarə satışından imtina edib.
"Kommersant" xəbər verir ki, bu barədə "Agence France-Presse"ə (AFP) açıqlamasında "Boeing"in rəsmi nümayəndəsi bildirib.
"Hələ ki, biz İrana təyyarə göndərməmişik. Artıq İranla ticarətə dair lisenziyanın olmaması səbəbindən biz təyyarələri göndərməyəcəyik", - rəsmi nümayəndə deyib.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ləğvindən sonra "Boeing" "Iran Air" və "Iran Aseman Airlines" aviaşirkətləri ilə dəyəri 20 mlrd dollaradək olan sazişlər imzalamışdı.
Digər xəbərlər
30.10.2025
İqtisadiyyat
İtaliya Hesablama Məhkəməsi Messina Boğazı Körpüsünün tikintisini blokladı
0
0






.jpg)




























































