Karantin qaydalarını yumşaldan ölkələrə - XƏBƏRDARLIQ

12.05.2020 Dünya
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus karantindən çıxan ölkələrə xəbərdarlıq edib.

"Kommersant.az"-ın xəbərinə görə, Qebreisus dünyada COVID-19-a yoluxanların sayının dörd milyon nəfəri keçdiyini qeyd edib.

Onun sözlərinə görə, bəzi ölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb.

Belə tədbirlər hər bir ölkədə tədricən, pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tətbiq edilməlidir.

VTB