USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Avropa, ABŞ-ı "Harley-Davidson" ilə cəzalandırır"

26.06.2018 İqtisadiyyat
0 0
Ağ Evin sözçüsü Sarah Sanders, gündəlik mətbuat konfransında, Avropa Birliyinin (AB) ABŞ-ı "Harley Davidson" ilə cəzalandırdığını söyləyib.

"Kommersant" xəbər veri ki, Sarah Sanders, ABŞ Prezidenti Donald Trampın Avropa Birliyi ilə işləməyə açıq olduğunu, ancaq hazırda "artıq bəsdir" dediyini açıqlayıb.

ABŞ və AB arasındakı ticarət gərginliyinin nəticəsi olaraq tətbiq ediləcək vergilər ilə motosikl istehsalçısı "Harley Davidson"ın istehsal xərclərində illik 100 milyon dollarlıq artım baş verəcəyi açıqlanıb. Şirkətdən bildiriblər ki, AB-nin gömrük vergisi maya dəyərini orta hesabla 2 min 200 dollar artıracaqdır. "Harley Davidson" bəzi istehsal obyektlərini ABŞ xaricinə köçürməyi planlaşdırır.

Həmçinin Sanders, ticarət müharibənin dərinləşməsinin qlobal miqyasda durğunluğa səbəb ola biləcəyini bildirib.

ABŞ-ın beynəlxalq motosiklet istehsalçısı "Harley-Davidson", Avropa Birliyinin (AB) ABŞ-a qarşı həyata keçirməyə başladığı gömrük vergilərinə görə, ABŞ-dakı istehsalının bir hissəsini xarici ölkələrə köçürərək, bu bölgələrdən Avropa bazarına motosiklet ixrac edəcəyini açıqlayıb.

"Harley-Davidson"dan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verilən açıqlamada, ABŞ-ın Avropa Birliyindən idxal edilən polad və alüminiuma əlavə vergilər tətbiq etməsinə cavab olaraq Avropa Birliyinin də cümə günü ABŞ mallarına qarşı gömrük vergisi tətbiq etməyə başladığına işarə edilib.

AB-nin tətbiq etdiyi yeni tariflər səbəbindən "Harvey-Davidson"ın ABŞ-dan AB-yə ixrac etdiyi motosikletlərinin gömrük vergisinin 6%-dən 31%-ə qalxdığı vurğulanan açıqlamada, AB-yə ixrac edilən "Harvey-Davidson" markalı motosikletlərin qiymətinin də 2 min 200 dollar artacağına diqqət çəkilib.

AB-yə ixrac ediləcək "Harley-Davidson" motosikletlərinin istehsalının şirkətin ABŞ xaricindəki beynəlxalq müəssisələrinə köçürüləcəyi bildirilən açıqlamada, sözügedən müəssisələrdə lazımi investisiyalar edilərək istehsalın artırılmasının 9-18 ay davam edəcəyi qeyd edilib.

Sözügedən müddət ərzində vergi tarifləri səbəbilə yaranacaq xərc artımının müştərilərdən alınmayacağı qeyd edilən açıqlamada, tariflərin şirkət üçün bu ilin sonuna qədər 30 ilə 45 milyon dollar arasında xərc artımına səbəb olmasının gözləndiyi məlumatı verilib.

"Harley-Davidson"ın Nyu-York birjasında ticarət olunan səhmləri, cümə gününü 44,21 dollardan bağlamışdı. Səhmlər açıqlamadan sonra bu gün 7,1 faiz ucuzlaşıb.

"Harley-Davidson" üçün ABŞ-dan sonra ən böyük bazarın Avropa Birliyi olduğunu vurğulayan mütəxəssislər, şirkətin keçən il AB-də 40 min motosiklet satdığını qeyd edirlər. Şirkətin, Hindistan, Braziliya, Avstraliya və Tailandda da istehsal obyektlərinin olduğu bildirilir.

ABŞ Prezidenti Donald Tramp, Amerikalı motosiklet istehsalçısı "Harley-Davidson"ın istehsalını tariflər səbəbindən ölkə xaricinə köçürmək qərarı verməsini tənqid edib.

Tramp, şəxsi "Twitter" hesabından, şirkətin Avropa Birliyinin (AB) ötən cümə günündən tətbiq etməyə başladığı gömrük vergilərinə görə verdiyi qərara təəccübləndiyini bildirib.

Amerikalı şirkətlərinin səbrli olması lazım olduğuna işarə edən Tramp, "Bütün şirkətlər arasında "Harley-Davidson"ın təslim bayrağını açan ilk şirkət olmasına təəccübləndim. Mən onlar üçün çox döyüşdüm. Nəhayət bizə ticarətdə zərər verən Avropa Birliyinə, 151 milyard dollar kəsirimiz var, satdıqlarının vergisini onlar ödəməyəcəklər. Vergilər, Harley üçün sadəcə bir bəhanədir. Səbrli olun", -ifadələrini istifadə edib.

Mütəxəssislər, Trampın bu şərhini, AB-nin cəzalandırıcı tariflərindən mənfi təsirlənəcək şirkətləri "Harley-Davidson"ın yolu ilə getməkdən imtina etdirmək səyi kimi qiymətləndirir.

AB, Ağ Evin polad və alüminium vergilərinə cavab olaraq motosiklet, yaxta, qayıq, qarğıdalı, düyü, fıstıq əzməsi, qaragilə, portağal suyu, viski, siqar, siqaret, tütün, pomada, şalvar, ayaqqabı, əlüzyuyan, lift, ventilyator və polad kimi yüzlərlə Amerikan məhsularına 25 faiz əlavə gömrük vergisi tətbiqinə 22 İyunda başlamışdır.