Qarabağ Azərbaycandır!

Pentaqon hərbi süni intellektə 2 milyard dollar sərmayə qoydu

11.09.2018 Dünya
ABŞ-ın Müdafiə nazirliyi növbəti 5 il ərzində süni intellekt sahəsində reallaşdırılacak layihələrə 2 milyard dollar sərmayə yatıracaq.

"Kommersant.az" CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın Müdafiə nazirliyi növbəti 5 il ərzində süni intellekt sahəsində reallaşdırılacak layihələrə 2 milyard dollar sərmayə yatıracaq. Söhbət sərbəst şəkildə hədəfi tapan və zərbə endirən sistemlərdən gedir.

Süni İntellekt layihələrinin çoxu Pentaqonda fəaliyyət göstərən Defense Advanced Research Projects Agency, (DARPA) tərəfindən həyata keçirilir.

ABŞ rəsmiləri çox izlənilən və potensial təhlükə yaradan sosial şəbəkələrdə yayılan videoların, şəkillərin və səs yazmaların tez bir zamanda müəyyən etməyə imkan verən Sİ sistemlərinin inkişafını dəstəkləyir.

DARPA-nın sərmayələri Pentaqonun xərcləmə standartları baxımından cüzidir. Qeyd edilir ki, yeni F-35 döyüş təyyarələrinin satın alınması və xidmət göstərilməsi xərclərinin trilyon dollardan artıq olması gözlənilir. Ancaq bu, Sİ texnologiyasının tarixində ən böyük xərcdir və Birləşmiş Ştatların 1940-cı illərdə nüvə silahı istehsal edən Manhattan layihəsinə sərf etdiyi məbləğlərlə müqayisə edilə bilər.

Sərbəst olaraq hədəfi seçən, onunla döyüşə girən silah insan prinsiplərinə mənəvi və praqmatik olaraq mənfi təsir edə bilər. Alimlər bu cür robotların hazırlanmasının məhdudlaşdırırlması üşün BMT-yə müraciət ediblər.
Hal-hazırda dünyada minə yaxın süni intellekt sistemi mövcuddur.