USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AGBank-ın “İnternet Banking” xidməti nüfuzlu mükafata layiq görülüb

02.04.2019 Bank
1 0
AGBankın “İnternet Banking” xidməti International Business Magazine (http://www.intlbm.com/Home) nüfuzlu online biznes jurnalı tərəfindən “Best İnternet Banking of Azerbaijan 2019” nominasiyasında layiq görülüb.

Bütün qaliblərlə bu linkdən tanış olmaq olar: http://www.intlbm.com/Home/AwardWinners2019

Qaliblər “International Business Magazine” jurnalının münsiflər kolleqiyası tərəfindən dərin analiz nəticəsində seçilmişdir.

05 may 2014-cü il tarixindən etibarən AGBank ASC “İnternet Banking” xidmətini müştərilərinin istifadəsinə verib. Azərbaycanda fəaliyyət göstərən banklar arasında AGBankın “İnternet Banking” xidməti təhlükəsizliyinə görə High-Tech Bridge və Qualys beynəlxalq İT araşdırma şirkəti tərəfindən A+ dərəcəsinə layiq görülmüşdür və bu günədək bu dərəcəni qoruyub saxlayır. Təhlükəsizliyi öndə tutan AGBank, bu sahədə ən müasir və güvənli Vasco Token qurğusunu tətbiq edir. Daimi yenilənən funksiyalar, sadə və rahat interface, müasir dizayn və naviqasiya ilə təmin edilmiş bütün mövcud əməliyyatlar sayəsində istifadəçilər banka yaxınlaşmadan lazımi əməliyyatları daha sürətli icra etməklə yanaşı, bütün mühüm məlumatları əldə edə bilərlər. Məsafəli bank xidmətlərinin inkişafı AGBank-ın əsas prioritetlərindən biridir. Xidmətlərin siyahısı hər zaman yenilənir və funksionallığı genişləndirilir – hər şey müştərilərin rahatlığı üçün!

Xidməti aktiv etmək üçün AGBankın istənilən Filialına müraciət etmək kifayətdir.

AGBank. Zəngin olmaq – haqqınızdır!