USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2019-cu ilin ilk iki ayı üzrə bank sektorunun son durumu açıqlandı

02.04.2019 Bank
0 0
28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,950.8 mln. manat, cəmi öhdəlikləri isə 25,708.0 mln. manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında deyilir.

Sektorun balans kapitalı 4,242.8 mln. manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348.0 mln. manat), öhdəlikləri 0.9% (222.3 mln. manat), balans kapitalı isə 3.0% (125.5 mln. manat) artıb. Bankların kredit portfeli fevral ayında 0.7% (88.9 mln. manat) artaraq 12,629.9 mln. manat təşkil edib.

2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8,118.5 mln. manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 mln. manat) artıb.

Fevral ayında bankların əməliyyat mənfəəti 113.7 mln. manat, xalis mənfəəti isə 49.2 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 0.5% (95 nəfər) artaraq 17 683 nəfər təşkil edib.

28 fevral 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb