USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Röyal Bank”ın axtarışda olan direktoru həbs edildi - FOTO

14.04.2020 Bank
0 0
8 ildən artıqdır beynəlxalq axtarışda olan "Röyal Bank”ın direktoru həbs edilərək Azərbaycana gətirilib.

"Kommersant.az"-ın "Yeni Sabah”a istinadən məlumatına görə, Cam Fuad Əli oğluna Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və beynəlxalq axtarışa verilmişdi.

Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə Cam Fuad Əli oğlu barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Cam Fuad Əli oğlu bir neçə ölkənin vətəndaşlığını daşıyıb. Onu gah ABŞ-da, gah da Dubayda olduğu barədə informasiyalar dolaşırdı.

Xatırladaq ki, Fuad Cam ləğv olunan "Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub.