USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İyunun ilk hərracı: 85 dövlət əmlakı özəlləşmədə

06.05.2019 İnşaat və Əmlak
0 0
Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclar dövlət əmlaklarının özəlləşdirilməsində rahat iştirak üçün fürsətlər yaradır. Müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətləri, kiçik müəssisələr və digər dövlət obyektlərinin hərraca çıxarılması iştirak etmək istəyənlərə geniş seçim imkanı vəd edir. Komitə tərəfindən belə hərraclardan biri 04 iyun tarixində keçiriləcək. Budəfəki özəlləşdirmə prosesinə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri Ağdaş, Salyan, Bərdə, Yevlax kimi şəhər və rayonlarda yerləşir. Ümumi səhmlərinin 30%-45%-lik səhm paketləri özəlləşməyə çıxarılan dövlət əmlakları sənaye, aqrar, tikinti, nəqliyyat və digər sahələrə aiddir. Onlar arasında “Qax Taxıl”, “İsmayıllı Təmir Tikinti”, “Ağdaş Quşçuluq” kimi gəlirli fəaliyyət potensialı olan səhmdar cəmiyyətləri var.

Kiçik dövlət müəssisə və obyektlərinə gəldikdə isə onların ümumi faydalı sahəsi 20 kv.m ilə 3.3 min kv.m arasındadır. Şəki rayonunun Qudla kəndində yerləşən xidmət obyektinin ümumi faydalı sahəsi 372.1 kv.m-dir. İnvestor bu obyektin fəaliyyətini turizm sahəsi üzrə davam etməklə yanaşı, onu digər xidmət sahələrində də gəlirli sahəyə çevirə bilər. İstirahət mərkəzinin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun effektiv fəaliyyət imkanlarını artırır.

Biznesə yeni başlayanlar, eləcə də ofis və ya xidmət obyekti axtaran şəxslər seçimlərini qeyri-yaşayış sahələri üzrə edə bilər. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 21.7 kv.m ilə 140 kv.m arasındadır. Qeyri-yaşayış sahələrindən 6-sı Bakıda, 5-i isə Sumqayıtda yerləşir. Paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki binada yerləşən dövlət obyektinin ümumi faydalı sahəsi 84.3 kv.m-dir. Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün təyin olunan ilkin hərrac qiyməti 6 min manatdır.

Nissan Maxima və Kia Sportage markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1998-2007-ci illərdir. Avtomobil sahibi olmaq istəyənlər 3 min manat ilə 5 min 400 manat aralağında ilkin qiymət təyin olunan bu dövlət əmlakları üzrə seçim edə bilər.

Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. İştirakçılar və prosesə marağı olan hər kəs açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.

  • Əvvəlki

    SOCAR-ın Elm Fondu qrant müsabiqəsi keçirəcək

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0