USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ümumi daxili məhsul istehsalı artıb

16.08.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul aylarında ölkədə 44473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "Kommersant.az" verilən məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 4499,5 manata bərabər olub.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3%, sənayedə 3,3%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6%, digər xidmət sahələrində 1,7% artıb, tikintidə isə 9,1% azalıb.