USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət qurumu sığortaçı axtarır - Tender elanı

21.09.2019 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyi müxtəlif növ sığorta xidmətləri alınması üçün tender elan edib.

Tender yeddi "Lot"-dan ibarətdir.

Lot 1: Daşınmaz Əmlakın İcbari sığortası
Lot 2: Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası
Lot 3: Əmlakın (mebel, texnika və avadanlıq) yanğın və digər əlavə risklərdən könüllü sığortası
Lot 4: Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası
Lot 5: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
Lot 6: Avtonəqliyyat vasitələrinin (avtobuslarının) sahiblərinin mülki məsulliyyətinin icbarı sığortasından artıq olan hissəsi üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası
Lot 7: Avtonəqliyyat vasitəsinə dəymiş zərərin könüllü (Avtokasko) sığortası
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Bakı şəhəri, Ziya Bünyadov 111 (Əlaqələndirici şəxs : TURAL MAHMUDOV M.CƏMİL OĞLU telefon : 404-41-20 (daxili 2266)) ünvanından ala bilərlər.

İştirak haqqı:
Lot 1 :300 AZN
Lot 2 :10 AZN
Lot 3 :220 AZN
Lot 4 :50 AZN
Lot 5 :140 AZN
Lot 6 :75 AZN
Lot 7 :850 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Podratçının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 09.10.2019 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18.10.2019 12:00 qədər Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanına təqdim etməlidirlər.

Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 21.10.2019 12:00 tarixində Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında aparılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.