USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Retro Holding” 295 min manatlıq podrat işləri yerinə yetirəcək

24.09.2019 İqtisadiyyat
0 0
Sumqayıt Dövlət Universiteti "Retro Holding” şirkəti ilə ümumi dəyəri 294,972 min manat olan podrat işlərinin yerinə yetirilməsi haqqında 4 müqavilə bağlayıb.

Satınalma portalında dərc olunmuş materiallara əsasən, "Retro Holding” universitetin binasında cari təmir işləri həyata keçirəcək. Müqavilənin dəyəri 49 min manatdır.

Bundan başqa, "Retro Holding” universitetdə kommunal və kommunikasiya şəbəkələri ilə bağlı işlər (48,9 min manat), abadlıq işləri (114 min manat) və birinci korpusun əsas girişində yenidənqurma işləri (83,072 min manat) həyata keçirəcək. /Marja