USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana mobil telefon idxalı artıb

15.10.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-avqust ayında Azərbaycana 849 170 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan sözügedən məhsulların sayı 65,7% artıb.

Cari ilin səkkiz ayı ərzində idxal olunan məhsulların dəyəri 99 985,3 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 98,3% çoxdur.