USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank sistemin moderinizasiyasını yerli şirkətə həvalə edib - 1 milyon manata

29.10.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin modernizasiyası "Sinam” MMC-yə həvalə edilib.

"Kommersant.az" Banker.az-a istinadən xəbərinə görə, buna görə Azərbaycan Mərkəzi Bankı IT şirkətinə 990 min manata yaxın vəsait ödəyəcək.

Bundan əlavə digər bir teder olan – AMB-də istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin proqram platformasının dəstəklənməsi işini də məhz adıçəkilən IT-şirkətinə həvalə edib. Bu müqavilənin həcmi 300 min manat civarındadır.

Bildirək ki, AMB bununla bağlı hələ 2 ay öncə açıq tender elan etmişdi.

"Sinam” MMC (VÖEN: 1300149611) 1994-cü ildə təsis edilmiş Cənubi Qafqaz və Mərzkəzi Asiya regionunda geniş miqyaslı İT-xidmətləri və məhsulları təklif edən aparıcı İT-şirkətidir. Elektron hökumət həllərinin provayderi və sistem inteqratoru kimi tanınan Sinam şirkəti aparat və proqram təminatı komplekslərindən tutmuş İT konsaltinq, dəstəkləmə və zəmanət xidmətləri də daxil olmaqla bütöv bir zənciri özündə birləşdirən istifadəyə hazır məhsullar təqdim edir. Şirkətin fəaliyyət sahəsinə Azərbaycan, Qırğızıstan, Rusiya Federasiyası, Gürcüstan, Tacikistan, BƏƏ, Türkiyə, ABŞ, İraq, Əfqanıstan, Serbiya, Almaniya, Böyük Britaniya, Tanzaniya, Uqanda və Nigeriya kimi ölkələr daxildir.

Elektron imza nədir?

E-imza elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. E-imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması, informasiyanın təsdiq edilməsi və 3-cü tərəfə bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır.

E-imza kartının dörd əsas atributu var:

– Tamlıq

– Sənədi göndərən şəxsin sənədi inkar edə bilməməsi

– Sənədi qəbul edən şəxsin sənədi inkar edə bilməməsi

– Məxfilik