USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan şirkətləri ixracı genişləndirir

25.08.2020 İqtisadiyyat
0 0
Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak yerli qeyri-neft məhsullarının "Made in Azerbaijan” ilə tanıdılması və təşviq edilməsi məqsədilə təşkil olunan dəstək tədbiridir.

"Kommersant.az" xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, 2020-ci ilin əvvəlindən Azərbaycan məhsulları 3 xarici ölkədə keçirilmiş beynəlxalq sərgidə təqdim olunub, azərbaycanlı sahibkarlar və xarici iş adamları arasında ixraca dair müzakirələr aparılıb, əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, 2020-ci ilin fevralın 10-14-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş "Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində qida, meyvə emalı, şərab və digər spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay istehsalı və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin çoxsaylı çeşiddə məhsulları "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib. Sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 14 milyon manat dəyərində müqavilə imzalayıb. İndiyədək bu müqavilələr üzrə 10 milyon manatdan çox məhsul ixrac olunub.

Beynəlxalq sərgilərdə əldə olunmuş nəticələrlə bağlı mütəmadi monitorinq aparılır, məlumatlar ictimaiyyətə təqdim olunur. Qeyri-neft məhsullarının ixracının artırılması, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər davam etdiriləcək. Belə ki, COVID-19 pandemiyasından irəli gələn məhdudiyyətlərdən asılı olaraq ilin sonunadək bir neçə beynəlxalq sərgidə iştirak nəzərdə tutulur.