USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yasamalda partlayan su xəttinin təmiri nə vaxtadək davam edəcək?

26.10.2022 İqtisadiyyat
0 0
“Təmir axşam saatlarına qədər davam edəcək”.

Bu barədə Bakı Sukanal İdarəsindən bildirilib.

Qeyd olunub ki, partlayan boru istismara yararlı imiş:

“Qəza barədə məlumat daxil olan kimi işlərə başlanılıb. O xətt magistral xətdir. Abonentlərlə problem yoxdur. Su məhdudiyyəti yoxdur”.

“Mənzillərin su təchizatı dayandırılıb”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Yasamalda magistral su xəttinin partladığı ərazidə yerləşən binanın sakini Ceyhun Şamanov deyib.

Onun sözlərinə görə, mənzillərə su verilmir:

“Binaların su nasosları yoxdur. Belə hadisə baş verəndə bu kimi fəsadlar üzə çıxır. Kanalizasiya xətti yaxşı deyil. Qarajlarda maşınlar suyun altındadır. Nasosların olmaması belə problemlərə gətirib çıxarır.

Su təchizatı dayandırılıb. Xəstələr, uşaqlar var. Qarajlarda suyun səviyyəsi 60 sm-ə qədərdir. Maraqlanan yoxdur”.