USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbulda tikinti qaydaları dəyişdi

22.05.2018 İqtisadiyyat
0 0
İstanbulda tikinti qaydalarını müəyyənləşdirən yeniliklər qüvvəyə minib

"Kommersant.az" xəbər verir ki, yeni qaydalar "Resmi Gazete"də yayımlandıqdan sonra qüvvəyə minib. Yenilik nəticəsində əvvəl 3 metr olan mərtəbə hündürlüyü 4 metrə çatıb.

Bəzi bələdiyyələr dam arasında yerləşən ikimərtəbəli tikililərə təmir icazəsi vermirdi. Yeni qaydalarla birlikdə hər cür ikimərtəbəli binalara rəsmi icazə verilib.

3 mərtəbə və ondan çox hər binada liftdən istifadə məcburi olub. Yol eni 35 metr və 50 metr arasında olan yerlərdə 14 mərtəbənin 12 mərtəbəyə düşdüyü qeyd edilib. Yolun eni 50 metrdən böyük yerlərdə isə 12 mərtəbədən çox bina inşa edilə biləcək. Hər hansı bir tarixi əsər olduqda isə Mədəniyyət Abidələrini qoruma qurumunun qərarı alınmalıdır. Qurum mərtəbə sayını aşağı sala biləcək.

Bələdiyyələr İstanbul daxilində ortaq görünüşü təmin etmək məqsədi ilə binaların fasad rəngini, dam örtüyü ləvazimatlarını və rəngini müəyyən edəcək.

Mənzillərin minimum kvadratmetri 28,5 kvadratmetrdən 27,5 kvadratmetrə qədər azaldılıb.