USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Xətainin heykəli ziyarətgaha çevrilsin" - Maraqlı təklif

05.03.2020 İqtisadiyyat
0 0
"Təklif edirəm ki, Şah İsmayıl Xətainin müqəddəs heykəli ziyarətgaha çevrilsin. Təzə evlənənlər, məktəbə gedənlər, universitetdən məzun olanlar, hətta xarici qonaqlar abidəni ziyarət etsinlər, şəkil çəkdirib, xeyir-dua alıb getsinlər".

Bu sözləri Yenisabah.az-ın müxbiri ilə söhbət zamanı Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül deyib.

Şeyx Əbdül Xətaiyə münasibətdə xüsusi həssaslıq nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edib: "Prezidentimiz sağ olsun ki, Şah İsmayılı həbsdən azad etdi. Şükür olsun ki, illər sonra onun heykəlinə rahat, geniş yer tapılıb. Xətai bizim elə müqəddəs yerimizdir ki, ona ən zalım düşmənlərimiz də qulp qoya bilmirlər. Ona görə də istəyirəm ki, Xətai haqqını alsın, onun heykəli ziyarətgaha çevrilsin. Bu zaman Xətai haqqında məlumatlar daha geniş yayılacaq. Necə ki, "Nəsimi ili" elan edildi, biz özümüz olmasa da, dünya Nəsimini tanıdı, eləcə də Xətaini tanısınlar. Biz özümüz Nəsimini tanımırıq, heç tanımaq da istəmirik. Çünki bizdə tanıyanları yaxın buraxmırlar. Tanımayanlar isə yalandan meydana girirlər "hap-hop" deyir, təqvimdən-təqvimə qəhrəman olurlar. Çıxdılar getdilər, indi növbəti təqvimi gözləyirlər. Mən özüm bu işlə məşğul olan insanam və gördüm ki, dünya ictimaiyyəti Nəsimiyə necə böyük maraq göstərdi. Təəssüf ki, biz dünyaya dərs olan tariximizi və mədəniyyətimizi arxa plana keçirmişik".

  • Əvvəlki

    Kağız pullarda koronavirus təhlükəsi: Ekspertdən təklif

Digər xəbərlər

13.05.2024 İqtisadiyyat
Yapon Yeninin taleyi FED-in əlindədirmi?
0 0
13.05.2024 İqtisadiyyat
Çinin avtomobil ixracı 34 faiz artıb
0 0
13.05.2024 İqtisadiyyat
Neftin qiyməti qalxır
0 0