Türkiyənin İstanbul şəhərindən Sinqapura uçan təyyarədə koronavirus tapılıb.
"Kommersant.az" Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Sinqapur Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 3-də İstanbul-Sinqapur reysində uçan Türkiyə Hava Yollarına məxsus təyyarədəki sərnişinlərdən birinin koronavirus analizi pozitiv çıxıb.
Bu səbəblə təyyarədəki bütün sərnişinlər karantinə alınıb. Həmin təyyarə ilə həyata keçirilməsi planlaşdırılan digər uçuşlar ləğv edilib.
Qeyd edək ki, Sinqapurda indiyə kimi 110 nəfər koronavirusa yoluxub, ölüm hadisəsi isə baş verməyib.