USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sutka ərzində yeni növ koronavirusa 2873 nəfər yoluxub

07.03.2020 İqtisadiyyat
0 0
Dünyada son sutka ərzində COVİD-19 koronavirusuna 2873 yeni yoluxma hadisəsi qeydə alınıb, 99 nəfər isə sözü gedən xəstəlikdən vəfat edib.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.

Bildirilir ki, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 98 192 olub, onlardan 80 711-i Çindədir.

Daha əvvəl, "South China Morning Post" nəşri koronavirusa yoluxma halları sayının artıq 100 min nəfərdən çox olduğunu xəbər verib.

ÜST-ün məlumatına görə, Çində koronavirusdan (COVİD-19) ölənlərin ümumi sayı 3045-ə çatıb, onlardan 30-u son gün ərzində baş verib. Çindən kənarda isə 335 nəfər dünyasını dəyişib, onlardan 69-u - son sutka ərzində.

  • Əvvəlki

    Müddətsiz müqavilə ilə müəllim işləmək istəyənlər üçün elektron qeydiyyat başa çatdı

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0