USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident KİVDF və MTRŞ-yə vəsait ayırdı - SƏRƏNCAM

22.07.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300 min manat ayrılıb.

Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılıb.