“Bakı Metropoliteni”nin dövlətə vergi borcu 9 milyonu ötdü

12.11.2020 İqtisadiyyat
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında qeyd edilib.

Məlumata əsasən, "Bakı Metropoliteni" QSC-nin 13 sentyabr 2020-ci il tarixinə qədər 8 milyon 608 min 897 manat vergi borcu var idi. Hal-hazırda isə "Bakı Metropoliteni" QSC-nin vergi borcu 9 milyon 233 min 487 manat təşkil edir. Belə ki, "Bakı Metropoliteni"nin vergi borcu 624 min 590 manat artıb.

Qeyd edək ki, bu borclar barədə son məlumat 10 noyabr 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.

© Banker