Azərbaycanda əlvan metallar bazarında qiymətlər müxtəlifi istiqamətlərdə dəyişib
"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, iyulun 24-də qızılın qiyməti bazar ertəsindəki göstərici ilə müqayisədə 21,556 manat azalaraq 1 troy unsiyası üçün 2 072,5635 manat təşkil edib.
Gümüş 0,2483 manat ucuzlaşaraq 1 unsiya üçün 26,1064 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 2,924 manat artaraq 1408,79, palladiumun qiyməti isə 27,846 manat azalaraq 1546,082 manata çatıb.