USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il Binəqədi rayonu üzrə 35 əlil özünüməşğulluq proqramına cəlb edilib

24.07.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi Rayon Məşğulluq Mərkəzində bu rayon üzrə özünüməşğulluq proqramına cəlb edilən əlillər üçün “Yeni imkanlarını aç” mövzusunda psixoloji treninq keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Kommersant"a bildirilib ki, treninqdə çıxış edən mərkəzin direktoru Fatimə Ələkbərova özünüməşğulluq proqramında əlilliyi olan şəxslərin iştirak səviyyəsinin dəfələrlə artırıldığını deyib. O, Binəqədi rayonu üzrə ötən il 4, bu il isə 35 əlilin bu proqrama cəlb olunduğunu bildirib. Mərkəzin direktoru qeyd edib ki, hazırda təşkil olunan treninq cari ildə rayonda proqram çərçivəsində kiçik biznesini quracaq əlilliyi olan şəxslərin bu sahədə psixoloji hazırlığının, öz imkanlarına inam hissinin artırılmasına xidmət edir.
Treninqin aparıcısı, Dövlət Məşğulluq Xidmətinin psixoloq-əməkdaşı Xatirə Səfərova əlilliyi olanların biznes fəaliyyətinə başlamaları üçün zəruri psixoloji aspektləri təqdim edib. O, əlillərdə bir çox hallarda özünəqapanma, özünü təcridetmə kimi mənfi vərdişlərin onların potensiallarının gizli qalmasına səbəb olduğunu bildirib. Məşğələ zamanı həmin insanlarda bu kimi halların aradan qaldırılması və psixoloji gücün, özünəinamın artırılması yolu ilə daxili potensialın böyük uğurlara, habelə biznes sahəsində ciddi irəliləyişlərə nail olmağa imkan verdiyi konkret misallar, eləcə də slayd və videomateriallar əsasında izah olunub.
Psixoloji testlər vasitəsilə iştirakçıların bu və ya digər iqtisadi fəaliyyət növü üzrə potensialları müəyyən olunub, onlarda bu istiqamətlər üzrə öz qüvvəsini inamla səfərbər etmək düşüncəsi gücləndirilib.
Əlillər kiçik bizneslərini qurmaq və inkişaf etdirmək istiqamətində öz güc və bacarıqlarını reallaşdırmaq, psixoloji faktorları öyrənmək baxımından tədbirin faydalı olduğunu vurğulayıblar.

  • Əvvəlki

    Ölkədə qızıl, gümüş ucuzlaşdı

Digər xəbərlər