USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda qeyri-həyat sığortası bazarı 6%-dən çox böyüyüb

24.12.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 591,5 milyon manat sığorta haqqı toplanılıb.

Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36,1 milyon manat və ya 6,5% çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 5.8 milyon manat və yaxud 2,4% artaraq 249,1 milyon manata çatıb.

Beləliklə, 11 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,1 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon manat və ya 11,7% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.

  • Əvvəlki

    Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə renkinqi

Digər xəbərlər