Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri, ümumilikdə 844,8 milyon manat həcmində sığorta ödənişləri edib.
Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Sözügedən dövr ərzində ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC (521,1 milyon manat) olub. İkinci yerdə 126,5 milyon manat ödənişlə “PASHA Insurance” ASC, üçüncü yerdə 63,3 milyon manat sığorta ödənişi ilə “Ateshgah Life” Sığorta Şirkəti qərarlaşıb.
Cari ilin yanvar-noyabr aylarında sığorta ödənişlərinə görə şirkətlərin renkinqini təqdim edirik: