USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Anar Məmmədov: “Bu il “Petkim”in istehsalında ciddi dəyişiklik gözlənilmir”

29.05.2018 İqtisadiyyat
0 0
“2017-ci illə müqayisədə bu il “Petkim”in istehsal həcmində ciddi dəyişiklik gözlənilmir”.

"Kommersant.Az" xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş."nin ("Petkim") rəhbəri Anar Məmmədov deyib.

Onun sözlərinə görə, istehsal həcminin artması böyük investisiyalar tələb edir. "Biz bu barədə düşünürük. Lakin 2018-ci ildə bununla bağlı planımız yoxdur," – deyə A. Məmmədov qeyd edib.

A. Məmmədov bildirib ki, "STAR" neft emalı zavodunun işə düşməsi ilə "Petkim" nafta ilə təchiz olunacaq: "Hər il kompleksin ehtiyacları üçün 2 milyon ton nafta alınır ki, bunun 10 faizə qədəri Türkiyə bazarı, qalanı isə xarici bazarlar hesabına baş tutur. STAR zavodunun işə düşməsi ilə bütün bu problemlər həll olunacaq, idxala olan ehtiyac tamamilə aradan qalxacaq və naftaya olan tələbat STAR hesabına 100 faiz ödənəcək. Biz xüsusi qiymətləndirmə aparmışıq və belə nəticəyə gəlmişik ki, STAR-ın fəaliyyəti "Petkim"ə 100 milyon dollar xeyir gətirəcək".

A. Məmmədov vurğulayıb ki, STAR zavodunun fəaliyyətindən "Petkim"in əsas gözləntisi müntəzəm olaraq yüksək keyfiyyətli məhsul istehsalıdır.

  • Əvvəlki

    Bu yolda radara düşə bilərsiniz - DİQQƏT

Digər xəbərlər