USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“1400 manat maaşa kim nazir işləyər ki” - AÇIQLAMA

04.05.2020 Siyasət
1 0
Hakimiyyət sistem problemlərindən danışmaqdan çəkinir, ona görə də məsələni kadrlar üzərinə gətirir - mesaj da budur ki, "pis kadrları çıxardacağıq, yaxşı kadrları təyin edəcəyək, hər şey düzələcək". Əslində isə bu mifdir, hətta Stalinvari yanaşmadır, İosif Vissarionoviç də deyirdi ki, "kadrlar hər şeyi həll edir". Amma insanlıq tarixi sübut edir ki, əsas sistemdir, oyun qaydalarıdır, ədalətli qanunlardır, rəqabətdir, seçim imkanıdır.

Bəzi müxalif dostlarımız da düşünürlər ki, əsas isim, ad dəyişikliyidir, vacib olan vicdanlı, təmiz adamları vəzifələrə təyin etməkdir - pis YAP-çının yerinə yaxşı müxalifətçi qoyulsa, hər şey dəyişəcək. Bu da çox səhv yanaşmadır: Müxalif camiyada onlarla vicdanlı, təmiz insan var, amma onlara hakimiyyət versən 2 aya ölkəni çökdürərlər - çünki problemlərin dərinliyini ölçə bilmirlər, sistem dəyişiklikliyinin nə qədər ağrılı olacağını anlamırlar, bu dəyişikliklərə nə qədər müqavimət olacağını dərk edə bilmirlər. Faciə odur ki, bu haqda ciddi və dərin diskussiya aparmaq mümkün deyil - əksər müzakirələr primitiv, "ağ-qara" rənglərdə aparılır. Təəssüf...

Son günlər tez-tez bəzi statuslara, şərhlərə məni tag edib, "nazir olsun" yazırlar - həmin insanlara təşəkkür edirəm, amma bu sistemdə heç vaxt çalışmaram və belə oyun qaydalarında heç nəyi kadr dəyişməsi həll edə bilməz. Həm də 1400 manat maaşa kim nazir işləyər ki. “Forex”də iş görən müştərilərim var, əlavə 3 müştəri də götürsəm, evdən çıxmadan əlavə olaraq nazir maaşından 2 dəfə çox pul qazanaram.

Natiq Cəfərli