USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün saat 10-dan Ermənistanla atəşkəs elan edilib

28.07.2021 Siyasət
0 0
Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib.

“Kommersant.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.