USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa Qəzzanı atəşkəsə əməl etməyə çağırır

21.10.2025 Siyasət
0 0
Fransanın xarici işlər naziri Jan-Noel Barrot Misirin Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs razılaşmasına əməl olunmasını istəyib.

Barrot Aİ Xarici İşlər Nazirlərinin Lüksemburqda keçirilən toplantısından sonra mətbuata müraciət edib.

Sentyabrda Nyu-Yorkda Fransa və Səudiyyə Ərəbistanının həmsədrləri altında Fələstində iki dövlətli həllə nail olunmasına dair beynəlxalq konfransdan düz bir ay keçdiyini qeyd edən Barrot, “Fransa sülh planında fəal rol oynamaq istədiyini” bir daha vurğulayıb.

Barrot, İsrailin Qəzzaya hücumlarını davam etdirdiyi bir vaxtda Qəzzada atəşkəsin yenidən pozulmasından dərin narahat olduğunu bildirib: "Bütün tərəflər keçən həftə Şarm əl-Şeyxdə imzalanmış saziş çərçivəsində götürdükləri öhdəliklərə ciddi şəkildə əməl etməlidirlər".

Hazırda prioritetin genişmiqyaslı humanitar yardımın Qəzzaya çatdırılması və təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edən Barrot, yardıma geniş şəkildə çıxışı təmin etmək üçün bütün keçid məntəqələrinin açılmasının vacibliyini vurğulayıb.

Barrot, "Avropa Birliyi də bu nöqtələrin təhlükəsizliyini təmin etməyə hazırdır" dedi.