USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Səudiyyə Ərəbistanına F-35 satışını elan etdi

18.11.2025 Siyasət
0 0
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanı Ağ Evdə qəbul etməyə hazırlaşan ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələri satmağa hazır olduğunu açıqladı.

Sabah Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanı qəbul edəcək ABŞ prezidenti Tramp F-35-lərlə bağlı açıqlama verib.

Tramp deyib: "Mən bunu etməyi planlaşdırıram. Onlar əla müttəfiqdirlər. İranın vəziyyətinə, onların nüvə imkanlarını məhv etmək üçün nə etdiyimizə baxın. Bəli, deyə bilərəm ki, biz bunu edəcəyik. Biz F-35-ləri (Səudiyyə Ərəbistanına) satacağıq".

Əvvəlki açıqlamalarında ABŞ prezidenti Ər-Riyada F-35 sata biləcəklərini və bu məsələni nəzərdən keçirdiklərini bildirmişdi.

Amerika mediasının xəbərlərində bu prosesin bəzi çətinliklərlə üzləşdiyi və xüsusilə İsrailin belə bir satışı qəbul etmək istəmədiyi göstərilirdi.