USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB (Azərbaycan)” biznesmenləri bankdan uzaqlaşdırıb

20.02.2023 Problemli Banklar
26 2
“Bank VTB (Azərbaycan)” cəmi aktivləri 2022-ci ilin sonunda 6 milyon 166 min manat artaraq 238 milyon 493 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, rusların ölkəmizdəki bankının kredit portfeli 2021-ci ilin son rübü ilə müqayisədə 5 milyon 311 min manat azalaraq 159 milyon 775 min manata enib. Bu azalmada əsas pay biznes kreditlərinin payına düşüb.

ELƏCƏDƏ BAX: "Bank VTB Azərbaycan rəhbərliyinə təyin olunanlar buraya korrupsiya ilə məşğul olmağa gəlir"

Rusların bankı istehlak kreditlərini 1 il ərzində 14 milyon 300 min manat və ya 25.5% artıraraq 70 milyon 433 min manat yüksəldib. Bu artım bankın kredit portfelinin azalmasına mane ola bilməyib. Çünki bankın biznes kreditləri 2021-ci ilin son rübü ilə müqayisədə 28 milyon 385 min manat və ya 36.1% azalaraq 50 milyon 186 min manata düşüb.

Daşınmaz əmlak kreditlərini 8 milyon 774 min manat artıraraq 39 milyon 156 min manata çatdıran “rus bankı” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 9 milon 48 min manat artıraraq 22 milyon 61 min manata bərabərləşdirib. Nəticədə bankın xalis kreditləri 137 milyon 713 min manata bərabər olub. Bu isə 2021-ci ilin analoji dövrü ilə müqayisədə 14 milyon 360 min manat və ya 9.4% azdır.

Bank VTB

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

238.493

232.327

6.166

Kredit

159.775

165.086

-5.311

İstehlak kreditləri

70.433

56.133

14.300

Biznes kreditləri

50.186

78.571

-28.385

Daşınmaz əmlak kreditləri

39.156

30.382

8.774

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

22.061

13.013

9.048

Xalis Kreditlər

137.713

152.073

-14.360

  • Əvvəlki

    Yunanıstanın xarici işlər naziri Dendias Türkiyəni AB-yə çağırıb

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0