USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku” müştərilərini belə aldadır

21.02.2023 Problemli Banklar
54 8
“Bank of Baku” “qış endirimi” adında yeni kredit kampaniyasına start verib. Bu kampaniyanı həyata keçirən bank müştərilərini aldadaraq banka dəvət edir.

Kommersant.az xəbər verir ki, bankın12.5%-lə müştərilərini banka dəvət etdikdən sonra krediti rəsmiləşdirən müştəri bankdan çıxanda süprizlə qarşılaşır. Bankın 12.5%-lə aldatdığı müştəri əslində sözügedən krediti ən az 14.92-%lə əldə etdiyinin şokunu yaşayır.

İllik faiz dərəcəsini reklam edən “Bank of Baku” həm də Azərbaycan qanunvericiliyini də heçə sayır. Belə ki, reklam haqqında qanunun 33-cü maddəsinin 4.1-ci bəndi bankın illik faizlərini reklamına qadağa qoyur. Sözügedən qanunda qeyd edilir ki, kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər barədə istehlakçılar məlumatlandırılmalıdır. Bank isə “qış endirimi” adı altında yalan danışmaqda davam edir.

Bundan başqa bankın tətbiq etdiyi faiz və reklam vasitəsi ilə banka çağırılan müştəri ən az 20 AZN olmaqla banka komissiya haqqı ödəyir. Komissiya faizi kreditin məbləği və müddətinə görə dəyişir ki, bu da ən az 1%-dən başlayır. Yəni, 12.5% dən başqa müştəriyə əlavə faizlər də tətbiq olunur.

Reklam haqqında qanunun 33-cü maddəsinin 4.4 bəndində bildirilir ki, kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi barədə istehlakçı əvvəlcədən məlumatlandırılmalıdır. Bankın rəsmi internet saytında yayınlanan reklama görə isə reklam haqqında qanunun 3-cü şərti də heçə sayılır. Belə ki, bank rəsmi internet saytında özünə sərf edən məlumatları və ya müştərilərini aldatmaq üçün istifadə etdiyi reklam yazılarını böyük və qalın hərflərlə, digər, ya da başqa sözlə əsas məlumatları isə kiçik və nazik hərflərlə aşağıda qeyd edib. Təbii ki, bu da Azərbaycan qanunvericiliyinə ziddir. Qanunda nəzərdə tutulub ki, nəzərdə tutulan məlumatlar digər məlumatlardan kiçik olmayan və aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır. Yəni, illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsi və komissiya xərcləri daxil bütün yazılar eyni ölçüdə yazılmalıdır. Amma “Bank of Baku” bütün bu sadalanan qanunları heçə saya bilir.

  • Əvvəlki

    Polşa Baydendən vacib açıqlamalar gözləyir

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0