USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB”nin aktivlər cəmi 3 faizdən çox - AZALIB

13.10.2023 Problemli Banklar
0 0
“Bank VTB”nin cəmi aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 7 milyon 255 min manat azalaraq 231 milyon 238 min manata düşüb.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu azalmanın əsas səbəbi “Bank VTB”nin banklar və digər maliyyə institutlarına verilən kreditlərinin həcmi 10 milyon 393 min manat azalaraq 13 milyon 508 min manata enməsidir. Buna baxmayaraq, rusların bankının kredit portfeli 24 milyon 485 min manat artaraq 184 milyon 260 min manata yüksəlib. Bu artımda əsas pay verilən biznes kreditlərinin payına düşüb. Belə ki, bankın verdiyi biznes kreditləri ötən ilin son rübü ilə müqayisədə 11 milyon 311 min manat artaraq 61 milyon 497 min manata çatıb. İstehlak kreditləri isə 24 milyon 485 min manat artaraq 184 milyon 260 min manata, ipoteka kreditləri isə 7 milyon 761 min manat artaraq 46 milyon 917 min manata bərabər olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 147 min manat artıraraq 23 milyon 208 min manat edən “Bank VTB”nin xalis kreditləri 23 milyon 339 min manat artaraq 161 milyon 52 min manat təşkil edib.

  • Əvvəlki

    "Bank VTB" yığılmış zərərdən yaxasını qurtara bilmir

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0
12.07.2024 Problemli Banklar
"BankofBaku"da əmanətləriniz təhlükədədir
0 0
12.07.2024 Problemli Banklar
Biznesmenlər "AccessBank"dan gedir
0 0