USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən dəyərli futbolçusu bəlli oldu

04.06.2018 İdman
0 0
CIES Futbol Araşdırmaları Mərkəzinin analitikləri dünyanın ən dəyərli 100 futbolçusunun siyahısını açıqlayıblar.

"Kommersant"ın Apasport.az-a istinadən məlumatına görə, sıralamaya “Tottenhem”in hücumçusu Harri Keyn başçılıq edir. Onun transferi 201,2 milyon avro dəyərində qiymətləndirilir.Keynin ən yaxın izləyicisi PSJ-nin forvardı Neymardı – 195,7 milyon avro. İlk üçlüyü isə braziliyalının komanda yoldaşı Killian Mbappe (186,5 milyon avro) qapayır. “Barselona”lı Lionel Messi (184,2 milyon avro) dördüncü, “Liverpul”un ulduzu Məhəmməd Salah (171,3 milyon avro) beşincidi.

Transferi 103,4 milyon avro dəyərində qiymətləndirilən Kriştiano Ronaldo isə 24-cü sırada qərarlaşıb.

Qeyd edək ki, CIES Futbol Araşdırmaları Mərkəzi oyunçuların dəyərini hesablamaq üçün xüsusi alqoritmdən istifadə edir. Hesablamalar zamanı futbolçuların yaşları, oynadıqları mövqe, milli və klubdakı performansları və qazandıqları uğurlar, o cümlədən çıxış etdikləri daxili çempionatın səviyyəsi kimi amillər nəzərə alınır.