Qadın yığmasının baş məşqçisi: Azərbaycanda idman gimnastikası aktiv inkişaf edir

30.06.2018 İdman
Azərbaycanda idman gimnastikası aktiv inkişaf edir.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, bunu İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı yarışlarında idman gimnastikası üzrə qadın yığmasının baş məşqçisi Nina Pravdina deyib.

"Dünyanın heç bir yerində ölkə birinciliyi belə yüksək səviyyədə keçmir. Milli Gimnastika Arenasında çıxış etmək və öz gücünü göstərmək üçün hər şey var".

N.Pravdina vurğulayıb ki, hazırkı müsabiqədə əvvəlkilərdən fərqli olaraq, gimnastların proqramı mürəkkəbdir:

"Balacalar bacara bildiklərindən daha çox etdilər, proqramlar artıq çətinləşib. Akrobatikada biz artıq salto elementləri və salto tullanışları edirik. Buna görə, fiziki cəhətdən onlar güclənirlər və əsl gimnasta çevrilirlər".

Baş məşqçinin sözlərinə görə, yarışlardan sonra yığmanın gimnastı Samirə Qəhrəmanova Avropa gənclər çempionatına hazırlaşacaq:

"Reytinqdə yüksəlməyi planlaşdırırıq".

Qeyd edək ki, Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

İki gün davam edəcək turnirdə ümumilikdə 100-dən çox gimnastın iştirakı gözlənilir.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.