USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yelo Bank"dan növbəti - TENDER ELANI

25.05.2021 Tender
0 0
“Yelo Bank” ASC Cisco məhsulları üzrə lisenziya və müvafiq təlimlərin sifarişi məqsədilə açıq tender elan edir.

Texniki şərtlər elana link olaraq əlavə olunur.

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Qiymət təklifi (ƏDV qeyd olunmaq)
- Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə email vasitəsilə göndəriləcək)
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan olunduqdan sonra)
-Tender təklifini təqdim edən şirkətCisco proqram təminatı üzrə xidmətləri təmin
etmək qüvvədə olan səlahiyyətə sahib olmalıdır

- Tender təklifini təqdim edən şirkət Cisco proqram təminatı üzrə xidmətləri təmin

etmək qüvvədə olan səlahiyyətə sahib olmalıdır

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

  • Tender təklifləri 01 İyun 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • Şirkətlər tenderdə iştirakını 25 May 2021 tarixinə qədər elanda qeyd olunan əlaqədar şəxsə elektron məktub vasitəsilə təsdiqləməlidirlər
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

Ödəniş və digər şərtlər

- Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər.

- Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-i həcmində Bank zəmanəti təqdim etməlidir.

- Təklif qiyməti bütün vergilər daxil təsvir olunmalıdır.

- Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq proqram təminatının həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Satınalan təşkilatın ünvanı

Bakı şHəsən Bəy Zərdabi küç 81K, AZ1012

Əlaqələndirici şəxs:

1)Nigar Baxşiyeva

İnzibati və Təchizat departamentinin

Aparıcı mütəxəssisi

+99412 981 daxili 1902

+9455 4577616

  • Əvvəlki

    Paytaxtda güclü tıxac - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21