USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Xəzinədarlığı Agentliyi - TENDER ELANI

31.07.2018 Tender
0 0
Dövlət Xəzinədarlığı Agentliyi açıq tenderə dəvət edir.

Tender 1 lot üzrə keçirilir:: lot 1 - Ehtiyat Məlumat Mərkəzinin yaradılmasına dair avadanlıqlar və işlər Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Səməd Vurğun 135 (qapı 2; AZ1022) (Əlaqələndirici şəxs :Nazim Qasımzadə, telefon :404-46-99 (əlavə 513)) ünvanından ala bilərlər . İştirak haqqı lot 1 - 300 manat Hesab: AZ02 CTRE00000000000002728501 VÖEN 1401555071 Bank: Beynəlxalq Bank Kodu: 210005 VÖEN: 1700986181 M/H: AZ41NABZ01360100000000003944 S.W.İ.F.T: CTREAZ22 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: Tenderdə iştirak etmək üçün yazılı müraciət; Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; Digər sənədlər: -iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəadətnamə və reyestrdə çıxarış və s.) surətləri: -iddiaçını son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı: -Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar: Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-09-10 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-09-17 15:00qədər Bakı, Səməd Vurğun 135 (qapı 2; AZ1022) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 2018-09-18 11:00 tarixində AZ1022. Bakı şəhəri, Səməd Vurğun küçəsi135.2-ci qapı ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

  • Əvvəlki

    Milli Arxiv İdarəsinə rəis təyin olunub

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21