USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstana turist axını pik həddə çatır

09.06.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar-may aylarında əcnəbilər Gürcüstanı təxminən 3 milyon dəfə ziyarət ediblər, onlardan 1.7 milyonu turist səfərləri olub. Bu barədə “Sputnik Georgia” ölkənin Milli statistika komitəsinə istinadən məlumat yayıb.

"Kommersant.az" xəbər verir ki, qarşıdan gələn turizm mövsümündə isə Gürcüstana səfər edəcək əcnəbilərin sayının daha da artacağı gözlənilir. Artıq həftə ərzində bu ölkəyə təyyarə reyslərinin sayı 590-a çatıb.

Mənbə yazır ki, Gürcüstanda turistləri ən çox cəlb edən qiymətlərdir. Bu ölkəyə edilən səfərlərin sayına görə Rusiya liderlik edir. İlin ilk 5 ayında Rusiya vətəndaşı 540 min dəfə Gürcüstana səfər edib ki, bu da 2018-ci ilin eyni dövründəkindən 31,4 faiz çoxdur. Vətəndaşları ən çox Gürcüstana səfər edən ilk beş ölkə sırasında Azərbaycan ikinci yerdədir. Bundan başqa, Ermənistan, Türkiyə və Ukrayna vətəndaşları da Gürcüstanda istirahətə üstünlük verirlər.

Turistlərin əksəriyyəti pullarını qida və içkilərə, həmçinin kirayə və əyləncələrə sərf edirlər. Çox az hallarda isə qiymətli əşyalara pul xərcləyirlər.

Araşdırmalara görə, son dövrlər əcnəbilər Gürcüstana gəzinti üçün orta hesabla 890 lari (təxminən 324 dollar) xərcləyirlər. Bu ötən ilin birinci rübündə xərclənən məbləğdən 16,1 faiz çoxdur.

2025-ci ilədək ölkə xaricindən Gürcüstana 11 milyon qonağın gəlməsi gözlənilir. Eyni zamanda, turizm gəlirlərinin ən azı 6,7 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.

Virtualaz.org

  • Əvvəlki

    İran OPEC-dən çıxmağı planlaşdırmır

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0