USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Tiktok"un sahibi ağıllı telefon istehsal edəcək

31.07.2019 Dünya
0 0
"TikTok" tətbiqinin sahibi olan Çinin sosial media şirkəti "ByteDance” ağıllı telefon istehsal edəcək.

"Kommersant.az" xəbər verir ki, "Smartisan” texnologiya firmasının bəzi mütəxəssisləri ilə əməkdaşlıq edən şirkət ağıllı telefon istehsalına başladığını elan edib.

Məlumata görə, şirkət 7 aydır ki, bu telefonların istehsalı üzərində çalışır.

Qeyd edək ki, hazırda 500 milyondan çox aktiv istifadəçisi olan "TikTok"un dəyəri 75 milyard dollardır.