USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbul turist sayına görə 10 illik rekordu yeniləyib

24.08.2022 Dünya
0 0
Cari ilin iyul ayında Türkiyənin İstanbul şəhərini 1 milyon 759 min 506 əcnəbi ziyarət edib. Bu nəticə sayəsində İstanbulda aylıq turist sayına görə son 10 ilin rekordu yenilənib.

Bu barədə İstanbul Şəhər Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb.

Bildirilib ki, son yedd ayı ərzində şəhəri 8 milyon 514 min 806 xarici turist ziyarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz çoxdur.

Ümumilikdə isə Türkiyəyə gələn hər üç turistdən biri İstanbulu seçib.