Qarabağ Azərbaycandır!

Burgerin tərkibində dəyişiklik ediləcək

27.09.2018 Dünya
"McDonald's" burgerlərin tərkibindən süni konservantlar və rəngvericiləri çıxaracaq.

"Kommersant.az" xəbər verir ki, "fast food" restoranlar şəbəkəsi dəyişikliyin ABŞ-dakı 14 min restoranda satılan 7 növ klassik burqerə tətbiq olunacağını bildirib.

Məlumata görə, burgerlərin tərkibində yalnız konservləşdirilmiş xiyar saxlanılacaq. Lakin müştəri zövqünə görə, ondan imtina edə bilər. Qeyd edək ki, süni konservantlar bundan əvvəl bulka, sous və pendirin tərkibindən çıxarılıb.

Xatırladaq ki, "McDonald's" şirkəti 1940-cı ildə Dik və Mak qardaşları tərəfindən təsis edilib. Şəbəkənin ilk restoranı San-Bernardinoda (Kaliforniya ştatı) fəaliyyətə başlayıb. Şirkət 1948-ci ildə dünyada ilk dəfə olaraq "fast food" konsepsiyasının prinsiplərini tərtib edib. Hazırda "McDonald's"ın təkcə Rusiyada 650 restoranı fəaliyyət göstərir.