USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AmrahBank"da baş verən insident səbəbi bəlli oldu - YENİLƏNİB/FOTO

30.04.2020 Bank
1 0
AMB işçiləri bankın baş ofisinə yığılan pulları inkasator maşınları ilə bankdan çıxarmaq istəyir.

Əmanətlərin Sığortalanması Fondu (ADİF) banka sabah təyin olunacaq. Bu təyinata qədər isə bankdan çıxarılan pullara ADİF cavabdehlik daşımır. ADİF banka gəldikdən sonra bankda olan pulların hesablanması gedir və daha sonra pulların təyinatı barədə qərar qəbul edilir.

Qeyd edək ki, hazırda bankadan çıxarılacaq pullar ADİF-in vəsaitləri əmanətçilərə geri vermə, işçilərin əmək haqqısını ödəmək, dövlət borcları və s. məsələlərdə hesablamaya daxil olunmur.

***

Hazırda “AmrahBank”ın baş ofisinə polis yeridilərək bank işçilərini çölə çıxarılır.

AMB isə bank əməkdaşlarının aylıq maaşını vermək istəmir.

***

"AmrahBank"da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təyin olunmuş müvəqqəti inzibatçı Rauf Kazımovun tapşırığı ilə bank əməkdaşlarının aprel ayına olan maaşlarını verilməməsi haqqında qərar qəbul edilib.

"Kommersant.az" xəbər verir ki,əldə etdiyimiz məlumata görə hazırda "AmrahBank"ın baş ofisində AMB və bank əməkdaşları arasında əlbəyaxa dava düşüb. Bunun səbəbi isə AMB əməkdaşlarının aqressiv şəkildə bank əməkdaşlarına qarşı hegamonluğu olub.