USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Amrahbank”ın lisenziyasının ləğv edilməsi səhv qərar idi - Əkrəm Həsənov

30.04.2020 Bank
1 0
“Amrahbank”ın işçilərinin etirazı bir daha göstərir ki, haqlı və ya haqsız olmasından asılı olmayaraq, karantin dövründə 4 bankda müvəqqəti inzibatçının təyin olunması, onlardan ikisinin lisenziyasının ləğv edilməsi səhv qərar idi!

"Kommersant.az"-ın xəbərinə görə, bunu hüquqşünas Əkrəm Həsənov deyib.

“Problem var idisə də, indi yaranmamışdı ki! Niyə indi etdilər axı? Xeyli insan bu çətin dönəmdə işsiz qaldı. Koronavirusun yayılması üçün şərait yarandı. Nəinki bank işçiləri bir yerə toplaşır, həmçinin müştərilər də hazırda həmin bankların filiallarının, bankomatlarının qarşısına yığılır və s. Nəhayət, onsuz da əvvəlki bankların da ləğvi qeyri-şəffaf və kobud qanun pozuntuları ilə həyata keçirilib. Bu basabasda isə neqativ halların artması ehtimalı daha da çoxdur…” – Ə.Həsənov qeyd edib.