USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın bu gün faiz qərarını açıqlayacaq - İdarə Heyəti toplaşır

26.07.2019 İqtisadiyyat
0 0
26 iyul 2019-cu il tarxidə, yəni, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin növbəti iclası keçiriləcək.

"Kommersant.az" AMB-yə istinadla xəbər verir ki, iclasda faiz dəhlizinin parametrləri, o cümlədən uçot dərəcəsi nəzərdən keçiriləcək. Qurumun rəhbərliyi cari ilin iyunun 7-də toplaşmışdı və uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 10,5%, aşağı həddi isə 6,5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdi.